Azərbaycan XİN Pakistanın Bəlucistan hücumlarını pislədi

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan
əyalətində baş vermiş terror hücumlarını qətiyyətlə pisləyib.

Trend xəbər verir
ki, bu barədə nazirliyin “Facebook” səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir: “Həlak olanların ailələrinə dərin
başsağlığımızı bildirir, qardaş Pakistan xalqına və Pakistan
hökumətinə səmimi hüzn və həmrəyliyimizi ifadə edirik.

Yaralananlara tezliklə və tam sağalma arzulayırıq. Bu çətin
zamanda Pakistanla həmrəy olduğumuzu bildirir və terrorizmin bütün
forma və təzahürlərinə qarşı beynəlxalq səylərə qəti dəstəyimizi
bir daha təsdiqləyirik”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir