
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp onun administrasiyasının İranla
razılaşma əldə edə biləcəyinə ümid etdiyini bəyan edib.
Trend xəbər verir
ki, Amerika lideri bunu Floridada jurnalistlərlə söhbəti zamanı
deyib.
“Ümid edirəm ki, biz sövdələşmə bağlayacağıq”, – Tramp
vurğulayıb.
Eyni zamanda, ABŞ-nin regionda dünyanın ən böyük və ən güclü
gəmilərini yerləşdirdiyi qeyd olunub.
Ağ Evin rəhbəri Kuba ilə bağlı vəziyyətə də toxunaraq bildirib:
“Biz Kubadakı ən yüksək vəzifəli şəxslərlə danışırıq. Düşünürəm ki,
Kuba ilə sövdələşmə bağlayacağıq”. Donald Tramp hansı konkret
razılaşmaları nəzərdə tutduğunu açıqlamayıb.

