
Bakı. Trend:
İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşməsi səbəbindən
ölənlərin sayı 74 nəfərə çatıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Bundan əvvəl rəsmi itki sayının 50 olduğu bildirilirdi. Altı
nəfər hələ də itkin düşmüş şəxslərin siyahısındadır. Fəlakət
zonasında axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Xatırladaq ki, təbii fəlakət yanvarın 24-də Qərbi Bandunq
rayonunda leysan yağışların ardından baş verib.

