
Bakı. Trend:
Ötən həftəsonu “Fitia” siklonunun Madaqaskar üzərindən keçməsi
nəticəsində azı üç nəfər həlak olub, 28 mindən çox insan zərər
çəkib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Madaqaskarın Milli Fəlakət
Risklərinin İdarə Olunması Bürosu məlumat yayıb.
Ən çox zərər ölkənin qərb bölgələrində – Analamanqa, Bueni,
Vakinankaratara, Melaki və Sufiya ərazilərində qeydə alınıb. İlkin
məlumata görə, 15 mindən çox malaqasiyalı evlərini tərk etmək
məcburiyyətində qalıb, 800-dən artıq yaşayış evi dağılıb.
Güclü tropik “Fitia” siklonu yanvarın 31-də və fevralın 1-də
güclü leysan yağışları ilə müşayiət olunub.

