
Bakı. Trend:
2026-cı ilin yanvar ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya
şöbəsinə ümumilikdə 85 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu
ilə hospitalizasiya olunub.
Trend xəbər
verir ki, bu barədə Klinik Tibbi Mərkəz məlumat yayıb.
Məlumata görə, pasiyentlərdən 27 nəfər dərman preparatlarından,
2 nəfər siçan dərmanından (rodentisid), 29 nəfəriş sirkə
turşusundan, 1 nəfər kimyəvi məhlullardan, 2 nəfər allergik
reaksiyalardan, 2 nəfər spirtli içkidən, 21 nəfər dəm qazından, 1
nəfər isə inqalyasion zəhərlənmə səbəbi ilə müalicəyə cəlb
olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, 4 nəfərin (1
qadın və 3 kişi) həyatını xilas etmək mümkün olmayıb.

