SOCAR və “Huawei” neft-qaz sektorunda rəqəmsal transformasiyanı müzakirə etdilər

Baş səhifə

Bakı. Trend:

26-29 yanvar tarixlərində SOCAR-ın rəhbərliyi ilə “Umid Babek
Operating Company” (UBOC) əməliyyat şirkətinin nümayəndə heyəti,
Çinin Şençjen şəhərində yerləşən “Huawei” şirkətinin Baş ofisini
ziyarət ediblər.

Trend şirkətə
istinadən xəbər verir ki, səfər neft-qaz sektorunda rəqəmsal
transformasiya və qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı fikir
mübadiləsinin aparılması məqsədini daşıyıb.

Qeyd olunur ki, səfər çərçivəsində SOCAR-ın vitse-prezidenti
Babək Hüseynov və “Huawei” şirkətinin Neft və Qaz Sənayesi üzrə
prezidenti Denq Bi ilə keçirilən görüşdə rəqəmsal həllərin daha
innovativ əməliyyatlara, səmərəliliyin artırılmasına və
uzunmüddətli dəyər yaradılmasına verdiyi töhfələr müzakirə
olunub.




“Bu kimi əməkdaşlıq və müzakirələr SOCAR-ın uzunmüddətli
rəqəmsal strategiyasını dəstəkləməklə yanaşı, UBOC-un əməliyyat
səmərəliliyini, dayanıqlılığını və davamlılığını artıran yeni
texnologiyalarla yaxından tanış olmasına imkan yaradır”, – deyə
məlumatda qeyd olunur.

Qeyd edək ki, SOCAR beynəlxalq iqtisadi inkişaf proseslərində
yaxından iştirak edən, neft-qaz sənayesində fəaliyyət göstərən,
qlobal arenada əhəmiyyətli yer tutan Azərbaycanın ilk milli neft
şirkətidir.

Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il
tarixli fərmanına əsasən şirkətin əsası qoyulub və öz fəaliyyəti
çərçivəsində iqtisadi, sosial və ətraf mühitə müsbət və
məsuliyyətli təsirlərin yaradılmasını məqsəd qoyub. Bu məqsədlərə
nail olunması üçün Şirkətin strategiyası, siyasət və qaydaları,
həmçinin, müvafiq missiya və məramı müəyyən edilib. Dayanıqlı
inkişaf məqsədlərinə nail olunması istiqamətində Şirkət tərəfindən
həyata keçirilən bütün yeni layihələrdə ekoloji və sosial
effektivliliyin artırılması əsas prinsiplərdən birini təşkil
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir