Çağrı mərkəzləri üçün 1,2 milyonluq tender

Baş səhifə

“İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət xidmətlərinin rəqəmsallaşdırılması və müştəri məmnuniyyətinin artırılması istiqamətində növbəti böyük addımını atır.

Modern.az xəbər verir ki, qurum çağrı mərkəzi xidmətlərinin tam avtomatlaşdırılması, həmçinin süni intellekt əsaslı innovativ platformaların qurulması məqsədilə irimiqyaslı satınalma müsabiqəsi elan edib.

Satınalma üzrə işlərin ehtimal olunan qiyməti 1 200 001,00 AZN təşkil edir.

Müsabiqə çərçivəsində çağrı mərkəzlərində insan amilini minimuma endirəcək Süni İntellekt əsaslı Səsli Agentlərin yaradılması və daxil olan zənglərin avtomatik analizi üçün xüsusi platformanın tətbiqi planlaşdırılır.

Bu texnologiya sayəsində vətəndaşların müraciətləri daha operativ emal ediləcək və xidmət keyfiyyəti süni intellekt vasitəsilə real vaxt rejimində qiymətləndiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir