İran ABŞ ilə müzakirələrin yenidən başlanması üzrə detalları araşdırır – Bəqai

Baş səhifə

Bakı. Trend:

İran ABŞ ilə müzakirələrin yenidən başlanmasının detalları haqda
araşdırma aparır.

Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında
deyib.

Onun sözlərinə görə, müzakirənin formatı ilə bağlı müxtəlif
dəyərləndirmələr aparılılır.

Bəqai bildirib ki, regionun hazırkı vəziyyəti ilə bağlı düzgün
şəkildə nigaranlığı olan region ölkələri səmimi şəkildə müsbət rola
sahib olmağa çalışırlar. Əksinə Avropa İttifaqına üzv ölkələr tam
şəkildə gərginliyin artırılması istiqamətində addım atıblar.

Nazirlik rəsmisi əlavə edib ki, region ölkələri mesajların
çatdırılmasında vasitəçilik edirlər:

“Bu çərçivədə bir sıra məsələlər ötürülüb və hazırda İran tərəfi
diplomatik prosesin detalları haqda qərar vermə mərhələsindədir.
Gələn günlərdə bununla bağlı nəticənin olacağına ümid edilir”.




“İranın müzakirə aparacağı mövzu nüvə məsələsidir. Bu məsələ
uzun illər təzyiq və sanksiya tətbiq etmək üçün vasitəyə çevrilib.
İran nüvə proqramının mahiyyəti ilə əlaqədar nigaranlıqların aradan
qaldırılması və etimadın yaradılması qarşılığında təbii haqqı
olaraq sanksiyaların ləğv edilməsini istəyir”, – deyə o qeyd
edib.

2025-ci il 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran
və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı
müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman
Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin
vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid
Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq
məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə
təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı
Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliyanın paytaxtı Romada baş
tutub.

Xatırladaq ki, 2025-ci il 13 iyun səhər saatlarında İsrail İrana
hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda
yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək
səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə
İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə
yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da
mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları
edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv
edildiyi qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir