
Bakı. Trend:
“Norm” şirkətinin yerli tərəfdaş olduğu “ICCX Academy Baku”
beynəlxalq beton konfransı və sərgisi uğurla başa çatıb.
200-dən çox iştirakçının, 20-dən çox sərgi iştirakçısının bir
araya gəldiyi tədbirdə dünyanın müxtəlif ölkələrindən olan beton
mütəxəssisləri aktual mövzularda təqdimatlarla çıxış ediblər.
Gün boyu davam edən konfransda beton texnologiyalarının
tətbiqində dünya təcrübəsi, dayanıqlı inkişafı dəstəkləyən inşaat
materialları, eləcə də tikinti sektorunda CO₂ emissiyalarının
azaldılması strategiyaları diqqət mərkəzində olub.
Tədbirdə, həmçinin, Azərbaycanın müasir dəmir-beton
konstruksiyalarına keçidi mövzusunda panel müzakirəsi baş tutub.
Paneldə şirkətin CEO-su Henning Sasse və sərgi iştirakçısı olan
beynəlxalq şirkətlərin rəhbərləri iştirak ediblər. Sessiya zamanı
Azərbaycanda sənaye binalarının inşasında mövcud yanaşmalar və
gələcəkdə müasir həllərin tətbiqi imkanları üzrə fikir mübadiləsi
aparılıb. Panel çərçivəsində suallara cavab verən Henning Sasse “Norm”un Azərbaycanın inşaat sektorunun modernləşdirilməsindəki
rolunu, görülən təşəbbüsləri və müasir yanaşmalara keçidə dair
şirkətin mövqeyini bildirib.
“ICCX Academy Baku 2026” iştirakçılar tərəfindən maraqla
qarşılanıb və sektor nümayəndələri arasında peşəkar əməkdaşlığı
təşviq edib.
“Norm” 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupu olan “NEQSOL Holding”in tərkibinə daxildir.

