
Bakı. Trend:
Argentinada güclü meşə yanğınları səngimək bilmir. Los-Alerses
Milli Parkında yanğın 40 min hektardan çox meşə sahəsini yandıraraq
külə döndərib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Park UNESCO-nun Dünya İrsi Siyahısına daxildir və oradakı bəzi
ağacların yaşının 2500 ildən çox olduğu bildirilir.
Yanğınsöndürənlərin sözlərinə görə, çətin keçilən ərazilərdə baş
verən genişmiqyaslı yanğınların öhdəsindən gəlmək üçün onların nə
kifayət qədər gücü, nə də maddi-texniki imkanları var. Ölkə
administrasiyasının son illərdə yanğınsöndürmə xidmətinin büdcəsini
ciddi şəkildə ixtisar etdiyi bildirilir.
“Bu gün biz – yanğınsöndürənlər – 390 nəfərik. Prezident Miley
administrasiyası hakimiyyətə gələndə isə sayımız 430 idi. Başqa
sözlə, kadr çatışmazlığı var. Bir çoxları işi tərk edir. Hətta indi
belə həmkarlarım işdən çıxır, çünki sadəcə pul çatmır. Maaş çox
aşağıdır.”
Argentinanın şimalında yanğınlar bir neçə həftə əvvəl başlayıb.
Hazırda La-Pampa vilayəti üzrə və Patagoniyanın bir neçə rayonunda
fövqəladə vəziyyət rejimi qüvvədədir.
Alov 200 min hektardan artıq meşə və kənd təsərrüfatı sahəsini
bürüyüb. Təhlükəli ərazilərdən minlərlə insan təxliyə edilib.

