“Beşiktaş” Meksika millisinin müdafiəçisi üçün 12 milyon avro təklif etdi

Baş səhifə

Bakı. Trend:

“Beşiktaş” “Lokomotiv”dən Sezar Montesi heyətinə qatmağı
planlaşdırır.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Beşiktaş”ın meksikalı üçün son
şifahi təklifi bonuslar da daxil olmaqla 12 milyon avro olub. Lakin
Montes yaya qədər “Lokomotiv”də qalmağa, dünya çempionatında
iştirak etməyə və sonra klubdan ayrılmağa qərar verib.




Sezar 2024-cü ilin sentyabr ayından “Lokomotiv”də çıxış edir. Bu
mövsüm müdafiəçi 19 klub oyununda iştirak edib, bir qol vurub və
bir məhsuldar ötürmə edib. “Transfermarkt” meksikalı oyunçunun
bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Meksika millisinin üzvünün “Lokomotiv”lə müqavilə
müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, “Monterrey”,
“Espanyol”, “Almeriya” klublarının formasını geyinib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir