Ukrayna çətin güzəştlərə getməyə hazırdır – Kallas

Baş səhifə

Bakı. Trend:

Ukrayna sülh danışıqlarında çətin güzəştlərə getməyə
hazırdır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Avropa ittifaqının xarici siyasət
üzrə ali nümayəndəsi Kaya Kallas Osloda keçirilən təhlükəsizlik
üzrə konfransda deyib.

“Ukraynalıların çox çətin güzəştlərə getməsi üçün onlara güclü
təpkilər var, onlar isə bu güzəştlərə hazırdırlar, çünki həqiqətən
bu müharibənin başa çatmasını istəyirlər”, – deyə Kallas
bildirib.




Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitriy
Medvedev ərazi bütövlüyü məsələsinin Ukrayna münaqişəsinin sülh
yolu ilə nizamlanması prosesində ən çətin məsələ olduğunu
bildirmişdi.

Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə vurğulayıb ki,
onun ərazi güzəştləri ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.
Yanvar ayının sonunda o yenidən bəyan edib ki, Ukrayna öz
ərazilərini verməyəcək və tərəfləri kompromis tapmağa çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir