
Bakı. Trend:
2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik
Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində
yoxlama aparılıb. Yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə
respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə
həyata keçirilib.
Trend xəbər
verir ki, bu barədə AEM məlumat yayıb.
Bildirilir ki, keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə
plandankənar olub.
Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə
müvafiq inzibati protokollar tərtib edilib.

