
Bakı. Trend:
“Google” və “ChatGPT”nin Azərbaycan üzrə bazar payı məlum
olub.
Trend-in
“Global Stats” Statistika Mərkəzinə istinadən məlumatına görə, bu
ilin yanvar ayında “Google”un Azərbaycandakı bazar payı 99.69 faiz
təşkil edib.
Məlumata əsasən, bu göstərici aylıq ifadədə dəyişməz qalıb. Belə
ki, ötən ilin dekabr ayında da “Google”un Azərbaycandakı bazar payı
99.69 faizə bərabər idi.
Hesabat dövründə “ChatGPT”nin Azərbaycan üzrə bazar payı isə
0.31 faiz təşkil edib ki, bu da ötən ilin dekabr ayındakı
göstəriciyə nisbətən eynidir.
Ötən ilin dekabr ayında “ChatGPT”nin Azərbaycan üzrə bazar payı
0.31 faiz idi.

