Xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü saxlanıldı

Baş səhifə

Bakı. Trend:

Şəxsi avtomobilində xanım sərnişinə əxlaqsız təkliflər edən
taksi sürücüsü həbs edilib.

Trend-in əldə
etdiyi məlumata görə, hadisə Saatlı rayonu ərazisində baş verib.
Saatlı Rayon Polis Şöbəsinə müraciət edən şikayətçi evə gedmək üçün
əyləşdiyi taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər
etdiyini deyib.




Şikayətlə bağlı araşdırmalar aparılıb və sürücü, 23 yaşlı
O.Məhərrəmov saxlanılaraq polis şöbəsinə gətirilub. Onun barəsində
toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə
göndərilib.

Məhkəmənin qərarı ilə O.Məhərrəmov 8 sutka inzibati qaydada həbs
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir