Xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü həbs edildi

Baş səhifə

Xanım sərnişinə əxlaqsız təkliflər edən taksi sürücüsü həbs edilib.

Modern.az xəbər verir ki, hadisə Saatlı rayonu ərazisində baş verib.

Saatlı Rayon Polis Şöbəsinə müraciət edən şikayətçi evə gedmək üçün əyləşdiyi taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.

Şikayətlə bağlı araşdırmalar aparılıb və sürücü, 23 yaşlı O.Məhərrəmov saxlanılaraq polis şöbəsinə gətirilub. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə O.Məhərrəmov 8 sutka inzibati qaydada həbs edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir