Hansı özəl tibb müəssisələrində onkoloji xidmət mümkün olacaq?

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycanda onkoloji xəstələrə keyfiyyətli tibbi xidmət
göstərə biləcək özəl müəssisələrin sayı çox azdır. Bu qanunun
qəbulu o demək deyil ki, bütün özəl tibb müəssisələri onkoloji
xəstələrə tibbi yardım göstərəcək.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman
Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Onkoloji yardım
haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin
müzakirəsi zamanı deyib.

Komitə sədr bildirib ki, bununla bağlı özəl klinikalarda
monitorinqlər aparılacaq:




“Artıq müvafiq icra hakimiyyəti orqanları ilə əlaqə saxlayıb,
söhbət aparmışıq. Ciddi monitorinqdən sonra hansı özəl klinikanın
maddi-texniki bazası, kadr potensialı onkoloji xəstələrə
keyfiyyətli tibbi yardım göstərə biləcəksə, klinik protokollara
uyğun yardımı həyata keçirə biləcəksə, o xəstəxanalara da lisenziya
da veriləcək.

Bunların hesabatlılığı da Dövlət Onkoloji Tibb Müəssisələrinin
qarşısında olacaq. Bizdə Onkoloji Elmi Mərkəz bütövlükdə əhaliyə
göstərilən onkoloji xidmətə cavabdeh olan bir orqandır və bütün
statistika, hesabatlar dövlət tibb müəssisələrindən olduğu kimi
özəl tibb müəssisələrindən də onkoloji xəstəxanalara veriləcək. Bu
məsələyə son dərəcədə ciddi yanaşılmalıdır. Hansı özəl xəstəxanaın
buna imkanı varsa, o da bu tibbi xidməti göstərəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir