
Bakı. Trend:
Fransa Xarici İşlər Naziri Jan-Noel Barro İran hakimiyyətini
ABŞ-nin təkliflərini qəbul etməyə və gərginliyi azaltmaq üçün
güzəştlərə getməyə çağırıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə fransız ali diplomat Tuluz
Universitetinə səfəri zamanı BFMTV telekanalına açıqlamasında
deyib.
“ABŞ İrana zərbə endirməyə hazırlaşıb. Onlar İrana danışıqlar
təklif edib və İran bu fürsəti dəyərləndirməli, böyük güzəştlərə
razı olmalı və mövqeyini radikal şəkildə dəyişdirməlidir”,- nazir
bildirib.
26 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp “nəhəng bir
donanmanın” İran tərəfə yönəldiyini açıqlayıb. O, ümid etdiyini
bildirib ki, Tehran danışıqlar masasına əyləşəcək və tam nüvə
silahından imtina nəzərdə tutan “ədalətli və bərabərhüquqlu”
razılaşma əldə edəcək.

