Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub, 3 nəfər xəsarət alıb

Baş səhifə

Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman qaynaq qığılcımları kanalizasiya borusuna düşüb və partlayış baş verib. Nəticədə 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-cı il təvəllüdlü Ə.Paşayev və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir