
Bakı. Trend:
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Trend Milli
Hidrometeorologiya xidmətinə istinadən xəbər verir ki, sabahın
havası ilə bağlı tibbi-meteoroloji proqnoz məlum olub.
Belə ki, fevralın 3-də Abşeron yarımadasında mülayim gilavar
küləyinin arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı
gözlənilir.
Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada
bilər.

