Belçikada həbsxanalar dolub – Estoniyadan icarəyə həbsxana götürür

Baş səhifə

Bakı. Trend:

Belçika bəzi şərqi Avropa ölkələrində, o cümlədən Estoniyada,
Albaniyada və Kosovoda məhbus yerlərinin icarəsi layihəsi üzərində
işləyir. Məqsəd yerli penitensiar sistemin ağır yüklənməsindən
dolayı cinayətkar miqrantların saxlanmasını təmin etməkdir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata əsasən, ölkənin ədliyə naziri Anneli Verlinden yaşayış
hüququ olmayan cinayətkarların saxlanılması məqsədilə, Estoniyada
həbsxanaların icarəsi imklanlarını nəzərdən keçirir. Bu məqsədlə o,
bu həftə Estoniyaya rəsmi səfər edir.

Bundan əvvəl oxşar rəsmi səfərlərin Albaniya və Kosovoya
edildiyi qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir