Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Baş səhifə

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar elan edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, İranda 10 rəsmi şəxs və bir quruma sanksiya tətbiq edilib.

Sanksiyaya məruz qalmış rəsmi şəxslər arasında İranın daxili işlər naziri Eskəndər Momeninin də var.

Böyük Britaniyanın hökumət saytında İrana qarşı yeni tədbirlər bu ölkədə yaşanan ciddi insan haqları pozuntuları, söz azadlığının və sərbəst toplaşmaq hüququnun pozulması və bəzi hallarda vətəndaşların yaşamaq hüququnun əllərindən alınması halları ilə əsaslandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir