
Bakı. Trend:
Polşanın ədliyyə naziri və baş prokuroru Valdemar Jurek
avtomobil idarə edərkən piyada keçidində qadına yol vermədiyinə
görə cərimələnib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər veri.
Qayda pozuntusu Krakovda televiziya proqramının çəkilişi zamanı
baş verib. Proqramın şərtlərinə əsasən, nazir avtomobili idarə
etməklə yanaşı, müxbirin suallarını da cavablandırmalı idi.
Piyadanı ilk olaraq jurnalist görsə də, nazir əyləci basmayıb və
“hələ uzaqdadır” deyə bildirib.
Cərimənin məbləği açıqlanmır.
Valdemar Jurek Polşanın baş naziri Donald Tuskun qərarı ilə 23
iyul 2025-ci ildə ədliyyə naziri vəzifəsinə təyin edilib. Bundan
əvvəl o, Krakov Dairə Məhkəməsinin hakimi olub.

