Qar yağacaq, temperatur 5-10 dərəcə aşağı enəcək – Xəbərdarlıq

Baş səhifə

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında fevralın 4-6-da fasilələrlə
yağıntılı olacağı gözlənilir. Fevralın 4-ü gün ərzində, 5-i gecə
bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.

Bildirilir ki, Azərbaycanın rayonlarında isə fevralın 3-ü
axşamdan 5-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı,
bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə
yağıntıların intensivləşəcəyi ehtimalı var.




Fevralın 4-6-da bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz
bağlayacaq.

Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə
tədricən 5-10 dərəcə aşağı enəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir