
Bakı. Trend:
Cari ilin yanvar ayında “Google Chrome” internet-brauzeri
Azərbaycan istifadəçiləri arasında populyarlıq baxımından
liderliyini qoruyub saxlayıb.
Trend-ə “Global
Stats” Statistika Mərkəzindən verilən məlumata görə, bu brauzerin
yerli bazardakı payı əvvəlki aya nisbətən 1,17 faiz bəndi artaraq
85,96 faiz təşkil edib.
Eyni dövrdə “Safari” internet-brauzerinin Azərbaycan bazarındakı
payı 5,85 faiz olub və 1,09 faiz bəndi azalıb.
“Samsung” brauzerinin bazar payı hesabat dövründə 0,02 faiz
bəndi azalaraq 2,16 faiz təşkil edib.
Siyahıda növbəti yeri “Opera” internet-brauzeri tutub. Belə ki,
bu brauzerin Azərbaycan bazarındakı payı 0,06 faiz bəndi azalarq
1,82 faiz olub.
Eyni dövrdə “Edge” brauzerinin payı 0,72 faiz bəndi azalaraq
1,05 faiz, “Yandex Browser”in payı isə 0,14 faiz bəndi azalaraq
1,13 faiz təşkil edib.
2025-ci ilin dekabr ayında “Mozilla Firefox”
internet-brauzerinin payı 0,52 faiz bəndi artaraq 1,33 faiz
olub.

