
Bakı. Trend:
“Renn”in müdafiəçisi Jeremi Jake karyerasını İngiltərə Premyer
Liqasında davam etdirəcək.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, “Liverpul” fransalı futbolçunun keçidini həll
edib. “Qırmızılar” Jake üçün onun klubuna 55+5 milyon funt-sterlinq
təzminat ödəyəcək. 20 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən
keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Jeremi Jake “Renn”in yetirməsidir.

