Dünya şöhrətli kinorejissor ilk “Qremmi” mükafatını alıb

Baş səhifə

Bakı. Trend:

Dünya şöhrətli kinorejissor Stiven Spilberq ilk dəfə olaraq
“Qremmi” mükafatına layiq görülüb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, o, “Con Uilyamsın musiqisi” lentinə görə ən yaxşı
kino musiqisi nominasiyasında qalib gəlib.




Rejissor bununla Amerikanın əyləncə sənayesinin ən nüfuzlu
mükafatlarının tam dəstini toplamış olub: “Oskar”, “Emmi”, “Toni”
və “Qremmi”.

Stiven Spilberq Amerikalı tanınmış kinorejissor, prodüser və
ssenaristdir, müasir Hollivud kinosunun ən təsirli simalarından
biri hesab olunur. O, “Çənələr”, “E.T.”, “Yura dövrü parkı”,
“Şindlerin siyahısı” və “Əsgər Rayanı xilas etmək” kimi dünya
şöhrətli filmlərin müəllifidir. Spilberq bir neçə “Oskar”
mükafatının laureatıdır və kino sənayesində kommersiya uğuru ilə
bədii keyfiyyəti birləşdirən nadir rejissorlardandır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir