Azərbaycanla BƏƏ arasında sənədlər imzalandı

Baş səhifə

“Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

Metbuat.az xəbər verir ki, mərasim fevralın 2-də Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə baş tutub.

Bundan başqa, Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

Dövlət başçıları bu sənədlərin iki ölkə arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir