
Bakı. Trend:
Britaniyalı alimlər müəyyən ediblər ki, paçuli, qreypfrut və
kardamonun efir yağlarının inhalasiyası sağlam insanlarda yaddaş və
diqqəti yaxşılaşdırır.
Trend xəbər verir
ki, tədqiqatın nəticələri “Human Psychopharmacology (HPP): Clinical
and Experimental” jurnalında dərc olunub.
Eksperimentdə 90 könüllü iştirak edib və onlar üç qrupa
bölünüblər: birinci qrup efir yağlarının kombinə olunmuş qoxusu
olan məkanda koqnitiv tapşırıqları yerinə yetirib, ikinci qrup
yaddaşa müsbət təsiri ilə tanınan adaçayı qoxusu olan mühitdə
testdən keçib. Üçüncü qrup isə təmizlənmiş hava olan otaqda
sınaqdan keçirilib.
İştirakçılar qoxuların tədqiqatın bir hissəsi olduğunu
bilməyiblər. Nəticələr göstərib ki, üçüncü qrupun iştirakçıları
işçi yaddaşın idarə olunması, sözlərin yadda saxlanması və mürəkkəb
hesablamalar baxımından daha yaxşı nəticələr əldə ediblər.
Test başa çatdıqdan sonra iştirakçılar həmçinin daha aşağı
yorğunluq səviyyəsi hiss etdiklərini bildiriblər. Yaxın
infraqırmızı spektroskopiya üsulu ilə aparılan beyin qan axını
ölçmələri beynin metabolik aktivliyinin artdığını göstərib və bu
təsir təkcə adaçayının təsirini üstələyib.
Qarışığın tərkibinə paçuli, neroli, qreypfrut, kardamon, ladan,
nard, rozmarin və limonotu efir yağları daxil olub. Qeyd edilir ki,
bu yağların hər biri əvvəllər diqqətin artması və ya emosional
vəziyyətin dəyişməsi ilə əlaqələndirilib, lakin məhz onların
kombinasiyası ən ifadəli təsiri verib.

