“Qarabağ” fransalı futbolçunu transfer etdi

Baş səhifə

Bakı. Trend:

“Qarabağ” yeni futbolçunu transfer edib.

Klubdan Trend
bildirilib ki, Kiprin AEK (Larnaka) komandası ilə bir müddətdir
davam edən danışıqlar uğurla yekunlaşıb. Fransalı futbolçu Jeremi
Qnalinin “Qarabağ”a transferi ilə bağlı razılıq əldə olunub.

Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.
Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu
“Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.




23 yaşlı müdafiəçi karyerası ərzində “Mets B”, İspaniyanın
“Tarazona” və “Melilya” komandalarında da çıxış edib.

Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer
olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60
oyunda 7 assistlə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir