
Xankəndi. Trend:
Xankəndidə Azərbaycan Gənclər Forumunun 30 illiyi münasibəti ilə
qala gecəsi keçirilir.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, gecədə idman və gənclər
nazirliyinin rəsmiləri, media nümayəndələri, Azərbaycanın müxtəlif
regionlarından olan gənclər iştirak edib.
Qala gecəsində istedadlı musiqiçilər Azərbaycan milli
musiqilərini ifa ediblər.
Xatırladaq ki, Azərbaycan gənclərinin ilk foruma 1996-cı il 2
fevral tarixində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
başlanmış və bu tarix sonradan Azərbaycan Gəncləri Günü kimi qeyd
olunmağa başlamışdır.

