Dünya Bankı Ukraynaya 40 milyon dollar ayıracaq

Baş səhifə

Bakı. Trend:

Dünya Bankı Rusiyanın hücumlarından sonra zərər görmüş enerji
sisteminin bərpası məqsədilə lazım olan avadanlıqların alınması
üçün “Ukrenergo” Milli Enerji Şirkətinə 40 milyon ABŞ dolları
vəsait köçürməyi planlaşdırır.

Trend xəbər verir ki, bu
barədə Ukraynanın Baş nazirinin birinci müavini və energetika
naziri Denis Şmıqal Dünya Bankının əməliyyatlar üzrə idarəedici
direktoru Anna Byerde ilə keçirilən görüşün nəticələrinə dair “X”
sosial şəbəkəsində paylaşım edib.




Şmıqal qeyd edib ki, Anna Byerde ilə apardığı müzakirə zamanı
Dünya Bankına Ukraynaya, xüsusilə də enerji sektoruna göstərilən
davamlı dəstəyə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə,
tərəflər növbəti maliyyə yardımı barədə razılığa gəliblər və bu
çərçivədə Dünya Bankı enerji sisteminin bərpası üçün zəruri
avadanlıqların alınmasına “Ukrenergo”ya 40 milyon dollara qədər
maliyyə ayırmağı nəzərdə tutur. O əlavə edib ki, enerji sisteminin
dayanıqlığının artırılması istiqamətində birgə iş davam
etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir