
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ceffri Epşteynlə dostluq
əlaqələrinin olmadığını bəyan edib.
Trend xəbər verir ki, bunu
Tramp öz “Truth” hesabında yazıb.
“Mən Ceffri Epşteynlə dost olmamışam. Bundan əlavə, boş-boş
danışmağı sevən bir çox insanlardan fərqli olaraq, mən o iyrənc
Epşteyn adasına heç vaxt getməmişəm. Amma bu Korrupsiyalaşmış
Demokratların və onların donorlarının demək olar ki, hamısı orada
olub”, – Tramp bildirib.

