
Bakı. Trend:
Xabi Alonso “Mançester Siti”nin baş məşqçisi ola bilər.
Trend xəbər verir ki, “The
Telegraph”ın məlumatına görə, “Real” və “Bayer”in sabiq baş
məşqçisinin Pep Qvardiolanın mümkün varisləri sırasında nəzərdən
keçiriləcək ən azı üç namizəddən ibarət qısa siyahıya daxil
ediləcəyi gözlənilir. Kataloniyalı mütəxəssisin yayda postunu tərk
edəcəyinə dair inam artsa da, “Mançester Siti”dəki mənbələr bunun
belə olmadığını bildirirlər.
Gözlənilir ki, siyahıya Alonso, Enso Mareska və Fransesk
Fabreqas daxil olacaq. “Bavariya”nı çalışdıran Vensan Kompaniyə
gəlincə, Münhen klubu ilə əlaqəli mənbələr belçikalı mütəxəssisin
bu yay İngiltərəyə qayıtmağa razı olacağını düşünmürlər.
Bundan əvvəl “Mançester Siti” Roberto De Dzerbi ilə də
maraqlanırdı, lakin hazırda italiyalı məşqçi “Marsel”də
çətinliklərlə üzləşib.

