
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasını qismən
şatdaunu dayandıracaq qanun layihəsini dərhal qəbul etməyə
çağırıb.
Trend xəbər verir ki, o, ötən
həftə Senatda qəbul edilmiş maliyyələşdirmə sazişinin Nümayəndələr
Palatasından keçərək təsdiqlənməsi üçün spiker Consonla birgə
işlədiyini deyib. O, sənəd masasına gəldikdə dərhal
təsdiqləyəcəyini bildirib.

