
Bakı. Trend:
Emil Holm “Yuventus”a transfer olunub.
Trend xəbər verir ki, Turin
klubu İsveç milli komandasının müdafiəçisini “Bolonya”dan icarəyə
götürdüyünü elan edib. Müqavilədə futbolçunun 15 milyon avroya
satınalma opsiyası nəzərdə tutulur və müəyyən şərtlər yerinə
yetirildiyi halda bu məbləğ maksimum daha 3 milyon avro arta
bilər.
Qeyd edək ki, Holm bu mövsüm A Seriyasında 11 oyun keçirib və 4
məhsuldar ötürmə verib. “Bolonya”dan əvvəl isə o, İtaliyada
“Spetsiya” və “Atalanta”nın heyətində çıxış edib.

