Türkiyədə terror təşkilatına qarşı əməliyyat – 90-dan çox saxlanılan var

Baş səhifə

Bakı. Trend:

Türkiyənin mərkəzi İstanbul olmaqla 22 vilayətində
Marksist-Leninist Kommunist Partiyası (MLKP) adlı silahlı terror
təşkilatına qarşı əlaqələndirilmiş geniş-miqyaslı əməliyyatlar
keçirilib.

Trend xəbər verir
ki, bu haqda Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi
“Nsosyal” səhifəsində məlumat paylaşıb.

Nazir qeyd edib ki, silahlı terror təşkilatının mətbuat və
gənclər strukturları üzərindən fəaliyyət göstərən şübhəlilərə qarşı
aparılan cinayət-axtarış tədbirləri nəticəsində İstanbul, Ankara və
İzmir də daxil olmaqla 22 vilayətdə əməliyyatlar həyata
keçirilib.




Yerlikaya əməliyyatlar zamanı 96 şübhəlinin saxlanıldığını
açıqlayıb.

Nazir bildirib ki, təşkilatın gənclər, mətbuat və təbliğat
strukturları daxilində fəaliyyət göstərdikləri, təşkilatın yüksək
səviyyəli rəhbərlərinin də qatıldığı onlayn toplantılar vasitəsilə
göstərişlər alıblar.

“Terrora qarşı mübarizəmiz təkcə hüquq-mühafizə orqanlarımızın
sahədə apardığı əməliyyatlarla məhdudlaşmır, bu mübarizə
təhlükəsizlik, kəşfiyyat, kommunikasiya və beynəlxalq əməkdaşlığı
əhatə edən çoxşaxəli fəaliyyətə əsaslanır. Ölkəmizin bütün
bölgələrində əmin-amanlığı və sabitliyi təmin etmək üçün
mübarizəmizi davam etdiririk. Respublika Baş Prokurorluğumuzu,
Polis İdarəmizi, qəhrəman polis əməkdaşlarımızı və əməyi keçən hər
kəsi təbrik edirəm”, – Yerlikaya bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir