Çində körpünün uçması nəticəsində ölənlərin sayı 5-ə çatıb

Baş səhifə

Çinin şərqində yerləşən Tsyansu əyalətində tikilməkdə olan körpünün uçması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Yançen şəhəri yaxınlığında baş verib. Uçqundan sonra itkin düşmüş hesab edilən daha üç nəfərin cəsədi xilasetmə qrupları tərəfindən tapılıb.

Axtarış-xilasetmə işləri artıq başa çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir