
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “Fintrend” BOKT MMC-nin vəzifəli
şəxsini 2 min manat cərimə edib.
Trend bu
barədə AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan
cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə
əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “Fintrend” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli
Cəmiyyətinin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2
000 (iki min) manat məbləğində cərimə edilib”, – məlumatda qeyd
edilib.

