
Bakı. Trend:
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın
müzakirə ilə əlaqədar təklifini nəzərə alaraq İran Xarici İşlər
Nazirliyinə danışıqlara şəraitin yaradılması və uyğun şəraitdə
müzakirələrin aparılmasına göstəriş verib.
Trend bu barədə
İran Prezidentinin informasiya portalına istinadən məlumat
verib.
Məlumata görə, İran Prezidenti bildirib ki, Donald Trampın
müzakirə ilə əlaqədar təklifinə cavabın verilməsi üçün regionda
dost ölkələrin müraciətini nəzərə alaraq xarici işlər naziri Seyid
Abbas Əraqçiyə göstəriş verilib ki, şəraitdə və məntiqsiz
gözləntilər və təhdiddən uzaq şəraitdə milli mənafe çərçivəsində
ədalətli müzakirəyə şərait yaratsın.
Qeyd edək ki, 2025-ci il 12, 19, 26 aprel, 11 may və 23 may
tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar
dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman
Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin
vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid
Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq
məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə
təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı
Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş
tutub.

