
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Azvvallet” MMC-yə
icrası məcburi olan göstəriş verilib.
Trend bu
barədə AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Ödəniş
xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası
Qanununun 3.1.3 maddəsi üzrə nəzərdə tutulan ekvayrinq xidmətinin
dayandırılması barədə “Azvvallet” MMC-yə icrası məcburi olan
göstəriş verilib”, – məlumatda qeyd edilib.

