
Bakı. Trend:
“Qızıl top” mükafatının beş qat mükafatçısı Kriştiano Ronaldo
yay transfer pəncərəsində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu
tərk edə bilər.
Trend bu barədə
Portuqaliya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, portuqaliyalı hücumçu hazırkı klubdakı
vəziyyətindən narazıdır və futbol karyerasını Avropada və ya ABŞ-da
davam etdirmək imkanlarını nəzərdən keçirir.
Bundan əvvəl “A Bola” nəşri, futbolçunun Səudiyyə Ərəbistanının
Dövlət İnvestisiya Fondunun klubu digər komandalarla müqayisədə
necə idarə etməsindən narazı olduğunu yazmışdı. Ronaldo hesab edir
ki, komanda transfer pəncərəsi dövründə lazımi səviyyədə
gücləndirilməyib.

