“Simpsonlar” bunu da bilibmiş –

Baş səhifə

Sosial şəbəkələrdə “Simpsonlar” serialının 26 il əvvəl yayımlanmış bir səhnəsi yenidən müzakirə mövzusuna çevrilib. Söhbət serialın 3 dekabr 2000-ci il tarixində efirə gedən 12-ci mövsümün 6-cı seriyasından — “The Computer Wore Menace Shoes” adlı bölümdən gedir.

Metbuat.az-ın məlumatına görə, həmin seriyada Homer Simpsonun yaratdığı internet səhifəsində belə bir yazı yer alır:

“Diqqət: hansısa adada olan bəzi dəli tiplər gizlicə dünyanı idarə edir”.

Xatırladaq ki, ABŞ-də maliyyəçi Ceffri Epşteyn və onun Karib dənizində yerləşən adası ətrafında ortaya çıxan qalmaqallardan sonra gizli arxivlərdən 3 milyon səhifəlik sənədlərin açıqlanıb və sənəddə tanınmış şəxslərin adının olması dünya mediasında sensasiya yaradıb.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir