
Bakı. Trend:
İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına idmançıları
neytral statusda çıxış edən ölkələrin, o cümlədən Rusiyanın müasir
və tarixi bayraqlarını, həmçinin həmin ölkələrlə əlaqələndirilə
bilən digər əşyaların gətirilməsi qadağan edilib.
Trend Rusiya KİV-ə
istinadən xəbər verir ki, qadağa bütün olimpiya obyektlərində
tətbiq olunacaq.
Rusiya və Belarus idmançıları Milan və Kortina-d’Ampezzoda
keçiriləcək Olimpiya oyunlarında neytral statusda çıxış edəcəklər.
Bayraqların gətirilməsinə qoyulan qadağa yarış meydançalarında,
media mərkəzində və Olimpiya kəndində qüvvədə olacaq.
Qeyd edək ki, Qış Olimpiya Oyunları 6–22 fevral tarixlərində
keçiriləcək. İtaliyada neytral statusa malik 13 rusiyalı atletin
çıxış edəcəyi bildirilir.

