Venesuela ABŞ-yə diplomatik missiya göndərir

Baş səhifə

Bakı. Trend:

Venesuelanın sabiq xarici işlər naziri Feliks Plasensiya ölkənin
ABŞ-dəki yeni diplomatik nümayəndəsi təyin edilib və tezliklə
təyinat aldığı ölkəyə yollanacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Venesuelanın XİN rəhbəri İvan
Pinton öz rəsmi “Telegram” səhifəsində məlumat paylaşıb.




“Yaxın zamanda Plasensiya və onun komandası ABŞ-yə gedəcək.
Onların əsas vəzifəsi enerji, siyasi və iqtisadi sahələrdə
konstruktiv əməkdaşlığın möhkəmləndirilməsi və ikitərəfli
münasibətlərin inkişafı olacaq”,-deyə nazir yazıb.

O həmçinin ABŞ-nin diplomatik nümayəndəsi Laura Doqunun artıq
Venesuelaya gəldiyini və onu Venesuelanın müvəqqəti prezidenti
Delsi Rodriges tərəfindən qəbul olunduğunu xatırladıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir