
Bakı.Trend:
Saatlı rayonu Qıraqlı kəndi ərazisində azyaşlı su kanalına
düşüb.
Trend-in
məlumatına görə, azyaşlı ərazidən keçən polis əməkdaşları
tərəfindən xilas edilib.
Kanaldan çıxarılan uşağa ilkin tibbi yardım göstərilib və o,
xidməti avtomobillə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlər tərəfindən zəruri tibbi yardım göstərilən azyaşlının
hazırda vəziyyəti qənaətbəxşdir.

