
Bakı. Trend:
“Astara” modul tipli elektrik stansiyasında indiyədək ,2 milyard
kilovatt-saat elektrik enerjisi istehsal olunub.
Trend bu
barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Stansiya 20 il əvvəl – 2006-cı il fevralın 3-də Astara rayonunun
Ərcivan kəndində istismara verilib.
Ümumi gücü 87 MVt olan stansiya hər biri 8,7 MVt gücündə 10 ədəd
qaz porşen aqreqatından ibarətdir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
2025-ci ildə Azərbaycanda 26,896 milyard kilovat-saat (kVt/saat)
elektrik enerjisi istehsal edilib. Bu göstərici 2024-cü illə
müqayisədə 168 milyon kVt/saat və ya 0,6% çoxdur.
Eyni zamanda istehsal edilmiş elektrik enerjisinin 26 milyard
kVt/saatını əmtəəlik elektrik enerjisi təşkil edib ki, bu da
2024-cü ildəki göstərici ilə müqayisədə 158,6 milyon kVt/saat və ya
0,6% artım deməkdir.
Ümumilikdə, Azərbaycanda elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ildə
3,485 milyard manat dəyərində məhsul istehsal olunub və xidmətlər
göstərilib.
Eyni zamanda hesabat ilində ölkədə su təchizatı, tullantıların
təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi
654,8 milyon manat təşkil edib.

