Ötən ay 120 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Baş səhifə

Bakı.Trend:

Ötən ay 2 halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə
ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) aylıq
hesabatında məlumat verilir.




Bildirilir ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə
qarşı mübarizə tədbirləri nəticəsində 120 kiloqram 645 qram
narkоtik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində
ümumi dəyəri 6 milyon 570 min 790 manat оlan qaçaqmal, о cümlədən
pnevmatik tapança (darağı ilə birlikdə), dərman vasitələri və tütün
məmulatları aşkar olunaraq götürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir