"Ağ şəhər"də ağac kəsmə ilə bağlı cinayət işi açıldı

Baş səhifə

Bakıda “Ağ şəhər” ərazisində ağac kəsilməsi faktı üzrə cinayət işi açılıb.

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, ağac kəsilməsi faktı üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Aidiyyəti üzrə ekspertizalar təyin edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir