“Əl-Əhli”nin yarımmüdafiəçisi “Qalatasaray”ın hədəfindədir

Baş səhifə

Bakı. Trend:

“Əl-Əhli”nin yarımmüdafiəçisi Frank Kessye karyerasını Türkiyə
Super Liqasında davam etdirə bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” Fil Dişi Sahili milli
komandasının üzvünün xidmətində maraqlıdır.




İstanbul nəhəngi 29 Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi
yayda başa çatan 29 yaşlı futbolçu üçün 5 milyon avroluq təklif
göndərməyi planlaşdırır.

Qeyd edək ki, “Əl-Əhli” Frank Kessyeni 2023-cü ilin yayında “Barselona”dan 25 milyon avroya transfer edib. Təcrübəli oyunçu bu
mövsüm komandanın heyətində meydana çıxdığı 24 rəsmi matçda 7 qol
və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir